Modern.az

Melaniya məndən cəld tərpəndi - Tramp

Melaniya məndən cəld tərpəndi - Tramp

Dünya

26 Aprel 2026, 10:15

ABŞ prezidenti Donald Tramp etiraf edib ki, atışmanın başladığı oteldən daha tez ayrılmalı idi.

Modern.az xəbər verir ki, o, hadisədən sonra keçirdiyi brifinqdə atışma səsini eşidən kimi reaksiya vermədiyini deyib: "Baş verənləri izləyirdim. Yəqin ki, daha da tez ayrılmalı idim".

Tramp həmçinin hadisədən şoka düşdüyünü və birinci xanım Melaniya Trampın ondan daha tez reaksiya verdiyini qeyd edib: "Düşünürəm ki, o, nə baş verdiyini dərhal anladı", - deyə Tramp bildirib.

Vaşinqtonun polis rəisi Ceff Kerroll bildirib ki, Trampın qaldığı oteldə hücum edən şəxs tək hərəkət edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!