Omanın Sultanı Heytəm bin Tariq Al Səid Əl-Baraka sarayında İranın xarici işlər naziri Seyid Abbas Əraqçini qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Tərəflər Yaxın Şərqdəki son hadisələrlə bağlı məsləhətləşmələr aparıb və İran, ABŞ və İsrail arasındakı münaqişənin həllinə yönəlmiş vasitəçilik səylərini və tədbirləri müzakirə ediblər.
Əraqçi bu məsələ ilə bağlı İranın mövqeyini Sultana çatdırıb. İranın xarici işlər naziri Omanın bölgədə dialoq qurmaq və təhlükəsizlik tədbirlərini gücləndirmək səylərinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.