Modern.az

Rusiya irəliləyə bilmədikcə infrasturktura hücumları artırır - Zelenski

Rusiya irəliləyə bilmədikcə infrasturktura hücumları artırır - Zelenski

Dünya

26 Aprel 2026, 15:42

Döyüş meydanında irəliləyiş əldə etməyən Rusiya Ukraynanın həyati əhəmiyyətli infrastrukturuna hücumlarını artırır.

Modern.az xəbər verir ki, bunu Volodimir Zelenski aprelin 26-da Kiyevdə Maya Sandu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya qüvvələri hücumlarını əsasən enerji, logistika, su təchizatı və nəqliyyat infrastrukturuna, xüsusilə dəmir yolu obyektləri və körpülərə yönəldir.

Zelenski qeyd edib ki, bu cür addımlar Ukraynanın beynəlxalq tərəfdaşlarına təzyiq göstərmək və danışıqlar prosesinə təsir etmək məqsədi daşıyır. Kiyev isə beynəlxalq yardımı müdafiə istehsalının inkişafına və enerji sisteminin qorunmasına yönəltməyi planlaşdırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ