Modern.az

Ukrayna və Moldova Aİ-yə birgə daxil olmaq istəyir

Ukrayna və Moldova Aİ-yə birgə daxil olmaq istəyir

Dünya

Bu gün, 18:09

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə həmkarı Maya Sandu ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün teleqram kanalında məlumat yayıb.

Görüşdə tərəflər təhlükəsizlik, enerji, infrastrukturun qorunması və hər iki ölkənin Avropa İttifaqına (Aİ) birgə inteqrasiyasını müzakirə ediblər. V.Zelenski bildirib ki, hazırda üzvlüklə bağlı bütün 6 klasterin operativ açılması istiqamətində iş aparılır.

Bundan əlavə, Ukrayna Prezidenti Transnistriya regionu ilə bağlı məsələlərdə Moldovaya dəstəyini ifadə edib və Rumıniya ilə üçtərəfli əməkdaşlıq formatını inkişaf etdirməyə hazır olduqlarını vurğulayıb.

Sonda dövlət başçısı Ukraynaya verdiyi dəstəyə görə Maya Sanduya və Moldova xalqına təşəkkür edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək