Modern.az

Kolumbiyada terror aktı nəticəsində 20 nəfər ölüb

Kolumbiyada terror aktı nəticəsində 20 nəfər ölüb

Dünya

27 Aprel 2026, 01:29

Kolumbiyanın Kauka departamentindəki Panamerika şosesində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Modern.az xəbər verir ki, bu barədə regionun qubernatoru Oktavio Qusman "X" sosial şəbəkəsində məlumat verib.

Ölənlərdən 15-i qadın və 5-i isə kişidir. 36 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 

Departament rəhbərliyi həlak olanların xatirəsinə üç günlük matəm elan etmək qərarına gəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!