Modern.az

Tramp NATO-nu tənqid etdi

Tramp NATO-nu tənqid etdi

Dünya

27 Aprel 2026, 05:05

ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Alyansından narazılığını ifadə edərək, təşkilatdan çox məyus olduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.

Trampın sözlərinə görə, ABŞ NATO-ya böyük maliyyə vəsaiti ayırsa da, alyans Yaxın Şərqdə keçirilən əməliyyat zamanı Vaşinqtona dəstək verməyib.

“NATO ilə bağlı deməliyəm ki, mən çox məyusam, çünki onlar bizimlə olmadılar. Biz trilyonlarla dollar xərcləmişik, amma bizə bir az kömək lazım olanda bu dəstəyi görmədik”, – deyə ABŞ lideri bildirib.

O əlavə edib ki, NATO-nun belə vəziyyətdə necə davranacağını yoxlamaq məqsədilə bu məsələni qaldırıb.

Sizə yeni x var
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ