Modern.az

Britaniya kralının ABŞ-a səfəri təxirə salınır?

Britaniya kralının ABŞ-a səfəri təxirə salınır?

Dünya

27 Aprel 2026, 05:50

Vaşinqtonda jurnalistlər üçün keçirilən qəbulda baş verən atışmaya baxmayaraq, Böyük Britaniya Kralı III Çarlzın ABŞ-a dövlət səfəri planlaşdırıldığı kimi davam edəcək.

Modern.az xəbər verir ki, bu barədə Bukinqem Sarayının nümayəndəsi bildirib.

"Gün ərzində Atlantik okeanının hər iki tərəfində aparılan müzakirələrdən və hökumətin məsləhəti ilə Əlahəzrətlərinin Dövlət Səfərinin planlaşdırıldığı kimi davam edəcəyini təsdiqləyə bilərik", - deyə o bildirib.

Qeyd edək ki, III Çarlz aprelin 27-dən 30-dək ABŞ-a dövlət səfəri edəcək. Onun Konqresdə çıxış etməsi və Ağ Evdə ABŞ Prezidenti Donald Tramp tərəfindən qəbul edilməsi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!