Modern.az

Məşhur kababçı Nüsrətin qardaşı həbs edildi

Məşhur kababçı Nüsrətin qardaşı həbs edildi

Dünya

Bu gün, 11:00

Türkiyənin məşhur restoranlar şəbəkəsi “Nusr-Et”in sahibi Nüsrət Gökçənin qardaşı Özgür Nüsrət genişmiqyaslı cinayət işi çərçivəsində saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.

Məlumata görə, Özgür Nusret uşaqların fahişəliyə cəlb olunmasına yardım etməkdə ittiham olunur. İstintaq orqanlarının əldə etdiyi sübutlar əsasında o, həbs edilərək İstanbulda yerləşən cəzaçəkmə müəssisəsinə göndərilib.

Qeyd olunur ki, iş üzrə araşdırmalar İstanbulun Kiçikçekmece rayon prokurorluğu tərəfindən aparılır. Aprelin 17-dən etibarən keçirilən iki əməliyyat zamanı ümumilikdə 13 şübhəli saxlanılıb.

Onlardan 7 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 6 nəfər isə məhkəmə nəzarəti altında azadlığa buraxılıb.

İstintaqın məlumatına əsasən, saxlanılan şəxslər fahişəlik fəaliyyəti üçün məkanların təmin edilməsi, maliyyə sxemlərinin təşkili, eləcə də əldə olunan gəlirlərin leqallaşdırılması ilə məşğul olublar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə