Moskvanın şimalında yerləşən yeni tikilidə yanğın baş verib.
Modern.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatlna görə, 3 nəfər həlak olub, daha 7 nəfər xəsarət alıb. Ümumilikdə 31 nəfər xilas edilib.
Bildirilib ki, xilasedicilər yanğın olan binanın ikinci mərtəbəsindən insanların təxliyəsini davam etdirirlər. Hadisə yerində perimetr boyunca qaldırıcı mexanizmlər quraşdırılıb, binanın daxilində isə qaz-tüstü mühafizə xidməti fəaliyyət göstərir.
Xilasetmə işlərinə 120-dən çox əməkdaş və 30 ədəd texnika cəlb olunub.