Avropa Parlamenti bir neçə polşalı deputatın toxunulmazlığını ləğv edib.
Modern.az xəbər verir ki, European Parliament 4 polşalı deputatın toxunulmazlığının ləğvi ilə bağlı qərar qəbul edib.
Qərara əsasən, “Konfederasiya Polşa Tacı” partiyasının lideri Grzegorz Braun da daxil olmaqla Daniel Obajtek, Patryk Jaki və Tomasz Buczek deputat toxunulmazlığından məhrum edilib.
Məlumata görə, hər bir deputata qarşı ayrı-ayrı ittihamlar irəli sürülüb. Qjeqoj Braun Polşanın Yedvabne şəhərində yəhudi qurbanlarının xatirəsinə həsr olunan anım mərasimini pozmağa cəhd etməkdə ittiham olunur. Bildirilir ki, o, tədbir zamanı yolu bağlayaraq mərasimin keçirilməsinə mane olub.
Daniel Obaytekə qarşı ittiham yalan ifadə verməklə bağlıdır. Patryk Yaki isə hakimə qarşı böhtan atmaqda günahlandırılır.
Tomaş Buçekin isə bir qadının əlindən zorla meqafon alaraq fiziki toxunulmazlığını pozduğu iddia edilir.