2026-cı ilin əvvəlindən bəri Rusiya silahlı qüvvələrində xidmət etmək üçün artıq 127 min nəfər Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb. Onların arasında həm qadınlar, həm də kişilər var.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Onun sözlərinə görə, daha 10 min nəfər könüllü hərbi birləşmələrdə xidmət üçün müqavilə imzalayıb
Medvedev xatırladıb ki, 2025-ci ildə ümumilikdə 450 min nəfər müqavilə bağlayıb.