Modern.az

İsrail Livanı vurdu - "Hizbullah"ın 120 hədəfi məhv edildi

İsrail Livanı vurdu - "Hizbullah"ın 120 hədəfi məhv edildi

Dünya

Bu gün, 09:25

İsrail Müdafiə Qüvvələri (İMQ) sutka ərzində Livanın cənubunda "Hizbullah" hərəkatının 120 hədəfini məhv edib.

Modern.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.

"Sutka ərzində İsrail Müdafiə Qüvvələri çoxsaylı terror obyektlərinə zərbələr endirib və Livanın cənubunda İMQ mövqelərinin yaxınlığında fəaliyyət göstərən terrorçuları məhv edib. Zərbələr nəticəsində müxtəlif rayonlarda 70 hərbi tikili və "Hizbullah"ın 50 infrastruktur obyekti məhv edilib", - bəyanatda qeyd olunub.

Dəqiqləşdirilib ki, məhv edilən hədəflər arasında qruplaşmanın komanda mərkəzləri və silah anbarları var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu