Modern.az

Trampdan İranla danışıqlar barədə fərqli AÇIQLAMA

Trampdan İranla danışıqlar barədə fərqli AÇIQLAMA

Dünya

4 May 2026, 08:30

ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında münaqişənin həlli üzrə aparılan danışıqları müsbət qiymətləndirib.

Modern.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb.

“Bildiyimə görə, mənim nümayəndələrim İranla çox müsbət müzakirələr aparırlar. Bu müzakirələr bütün tərəflər üçün çox müsbət nəticələrə gətirib çıxara bilər”, – o deyib.

Bir neçə saat əvvəl isə Tramp İsrail mediasına verdiyi müsahibədə vəziyyəti fərqli qiymətləndirmişdi: o zaman İran tərəfindən hazırlanmış böhranı həll etmə təklifini rədd etdiyini bildirmişdi. ABŞ prezidenti İranın təklifini qəbuledilməz adlandırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar