Bu gün Ermənistanın paytaxtı İrəvanda Avropa Siyasi Birliyinin VIII Sammiti keçirilir.
Modern.az xəbər verir ki, sammit öncəsi liderlərin birgə xatirə şəkli çəkdirilərkən maraqlı anlar yaşanıb.
Belə ki, Albaniyanın Baş naziri Edi Rama italiyalı həmkarı Ciorcia Melonini görərkən növbəti dəfə onun önündə diz çöküb və daha sonra isə qucaqlayıb.
Tədbridən çəkilmiş videogörüntüdə Ciorcia Meloninin yaranmış vəziyyətdən narahat olduğu açıq şəkildə hiss olunur.
Hadisə qısa zamanda diqqət çəkib və sammitin ən çox müzakirə olunan məqamlarından birinə çevrilib.
Qeyd edək ki, bundan öncə də Albaniya Baş naziri Edi Rama bir neçə dəfə İtaliyanın xanım Baş nazirinin qarşısında diz çökmüş və onunla qeyri-adi tərzdə görüşmüşdü.