Modern.az

Ərdoğan: "Avropa İttifaqının Türkiyəyə daha çox ehtiyacı var"

Ərdoğan: "Avropa İttifaqının Türkiyəyə daha çox ehtiyacı var"

Dünya

Bu gün, 05:27

"Avropa İttifaqının bu gün Türkiyəyə daha çox ehtiyacı var, nəinki Ankaranın Avropaya".

Modern.az-ın "TRT Haber"ə istinadən məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib.

"Son vaxtlar avropalıların Türkiyənin Avropadakı mövqeyi ilə bağlı başlatdığı müzakirələrin şahidi oluruq. Vəziyyətə aydınlıq gətirmək məcburiyyətindəyik: bu gün məsələ Ankaranın harada olması deyil, Brüsselin gələcək dünyada harada olmaq istəməsidir. Artıq başa düşülməlidir ki, Türkiyənin tamhüquqlu üzv olmadığı Aİ qlobal oyunçu və cazibə mərkəzi ola bilməyəcək", - deyə Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, Aİ-nin Türkiyəyə münasibətdə uzağı görə bilməməsi hələ də davam edir.

"Lakin onlar unutmamalıdırlar ki, bugünkü Türkiyə əvvəlki ölkə deyil və dünya artıq əvvəllər olduğu kimi Qərb dövlətlərinin təsir dairəsi ilə məhdudlaşmır", - deyə Ərdoğan əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV