Modern.az

Hörmüzə görə neftini çox ucuz satır

Hörmüzə görə neftini çox ucuz satır

Dünya

6 May 2026, 10:00

İraq Hörmüz boğazının blokadası səbəbindən daimi müştərilərinə xam neft üzrə böyük endirimlər təklif edir.

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi İraqın dövlət marketinq şirkəti SOMO-nun sənədinə istinadən məlumat yayıb.

Mayın 3-də təqdim olunan təklifə əsasən, ölkənin əsas neft markası olan “Basrah Medium” üzrə endirim bir barel üçün 33,40 dollara qədər çatır.

Bildirilib ki, alıcılar bu şərtlərlə razılaşacağı təqdirdə “fors-major halları” maddəsi qüvvədə olmayacaq. Şirkət bunu Hörmüz boğazındakı münaqişə zonasından keçidlə bağlı risklərin “bütün tərəflərə əvvəlcədən məlum olması” ilə əsaslandırıb.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?