Modern.az

İranda 5 bal gücündə zəlzələ

İranda 5 bal gücündə zəlzələ

Dünya

Bu gün, 11:16

Tehran Universiteti Seysmoloji Mərkəzinin məlumatına görə, çərşənbə günü səhər saatlarında İranın qərbində Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib.

Modern.az xarici mediaya istinadla xəbər verir ki, zəlzələ Kirmanşah əyalətinin Gilan bölgəsi yaxınlığında qeydə alınıb.

Mərkəz bildirib ki, yeraltı təkanlar yerli vaxtla saat 00:23-də 9 kilometr dərinlikdə baş verib.

İnsan tələfatı və ya dağıntılar barədə məlumat verilməyib.

İran seysmik cəhətdən aktiv bölgədə yerləşir və son illərdə bir çox dağıdıcı zəlzələlərə məruz qalıb. Ölkənin yaxın tarixində ən fəlakətli zəlzələ - 2013-cü ildə Bəm şəhərində 6,7 bal gücündə yeraltı təkanlar nəticəsində azı 34 min nəfər həlak olmuşdu.

2022-ci ilin iyul ayında Körfəz sahili boyunca cənubda yerləşən Hörmüzqan əyalətində baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində isə azı beş nəfər ölmüş, 80-dən çox insan yaralanmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV