Modern.az

İrəvanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur - Cevdet Yılmaz

İrəvanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur - Cevdet Yılmaz

Dünya

Bu gün, 15:24

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İrəvanda Türkiyə bayrağının yandırılması hadisəsinin narahatlıq doğurduğunu bildirib.

Modern.az xəbər verir ki, o, bu barədə Türkiyəyə qayıtdıqdan sonra jurnalistlərə veridiyi açıqlamasında danışıb.

Cevdet Yılmaz qeyd edib ki, İrəvana son səfəri zamanı bu məsələni erməni tərəfi ilə keçirdiyi görüşlərdə dəfələrlə gündəmə gətirib.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan hadisəyə mənfi münasibət bildirib, ölkə prezidenti isə insidenti qəbuledilməz adlandırıb.

“Ermənistanda baş verənləri pisləyənlər də oldu, bundan sevinənlər də”, – deyə Yılmaz vurğulayıb.

Xatırladaq ki, aprelin 23-də İrəvanda keçirilən məşəl yürüşü zamanı Türkiyə bayrağı yandırılmışdı. Hadisə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən də sərt şəkildə pislənmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV