Modern.az

Yılmaz Ermənistanla normallaşma barədə pozitiv mesajlar verdi

Yılmaz Ermənistanla normallaşma barədə pozitiv mesajlar verdi

Dünya

6 May 2026, 15:35

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Cənubi Qafqazda sülh prosesinə dəstək verdiklərini bildirib.

Modern.az xəbər verir ki, o, Azərbaycan və Ermənistan arasında sülh istiqamətində mühüm irəliləyiş əldə olunduğunu qeyd edib.

“Demək olar ki, iki ölkə arasında sülhün rəsmi şəkildə rəsmiləşdirilməsi üçün çox az vaxt qalıb. Bundan sonra böyük strateji əhəmiyyətə malik Cənubi Qafqaz həm regional, həm də qlobal səviyyədə fərqli rol oynamağa başlayacaq”, – deyə Yılmaz vurğulayıb.

Türkiyə rəsmisinin sözlərinə görə, “Orta Dəhliz”in inkişafı və Zəngəzur dəhlizinin açılması tranzit yükdaşımalarının artmasına ciddi töhfə verəcək:

“Ümumilikdə bu, regionda balansın formalaşması həm təhlükəsizlik səviyyəsinin yüksəlməsini, həm də rifahın artmasını təmin edəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!