Dünya bazarında neft qiymətlərində kəskin ucuzlaşma müşahidə olunub.
Modern.az xəbər verir ki, beynəlxalq birjalarda Brent markalı neftin bir barelinin fyuçers qiyməti əvvəlki bağlanış göstəricisi ilə müqayisədə 9,3 faiz azalaraq 99,62 dollara düşüb. Beləliklə, Brent nefti yenidən 100 dollar həddindən aşağı enib.
Analitiklər qiymətlərdəki enişi ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı yayılan xəbərlərlə əlaqələndirirlər. Məlumata görə, Vaşinqton administrasiyası İranla müharibənin dayandırılması və nüvə proqramı üzrə daha geniş danışıqlara başlanılması məqsədilə Tehranla memorandum imzalamağa yaxınlaşıb.