Modern.az

İran ABŞ-a atəşkəs şərti irəli sürdü - Tramp xəbərdarlıq etdi

İran ABŞ-a atəşkəs şərti irəli sürdü - Tramp xəbərdarlıq etdi

Dünya

Bu gün, 16:23

İran ABŞ-a bütün cəbhələrdə atəşkəs də daxil olmaqla, şərtlərini irəli sürüb.

Modern.az xəbər verir ki, bu barədə Livanın "Əl-Mayadeen" telekanalının məlumatında bildirilib.

Kanalın məlumatına görə, Pakistan tərəfi vasitəçilik üçün səylərini davam etdirir.

"Tehran şərtlərini irəli sürüb" və "atəşkəsin bütün cəbhələri əhatə etməli olduğunu" təsdiqləyib.

Kanalın vurğuladığı kimi, "top Vaşinqtonun meydanındadır".

ABŞ Prezidenti Donald Tramp isə mayın 6-da elan edib ki, İslam Respublikası ABŞ şərtləri ilə razılaşmasa, İranın bombalanması daha intensiv şəkildə davam edəcək.

Ağ Evin məlumatına görə, tərəflər arasında razılıq əldə olunarsa, yüksək effektiv "blokada" Hörmüz boğazının İran da daxil olmaqla bütün dövlətlər üçün açıq qalmasına imkan verəcək.

Amerika lideri "Truth Social" platformasında yazıb: "Əgər onlar razılaşmasalar, bombalama başlayacaq və təəssüf ki, əvvəlkindən daha yüksək səviyyədə və intensivlikdə olacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada