Fransa Prezidenti Emmanuel Makron İranı Hörmüz boğazında Fransa-Böyük Britaniya təşəbbüsünü dəstəkləməyə çağırıb.
Modern.az xəbər verir ki, Makron İran Prezidentinə Fransa və Böyük Britaniyanın dəstəklədiyi çoxtərəfli missiya layihəsinin yaratdığı “imkandan yararlanmağı” təklif etdiyini bildirib.
Məlumata görə, Paris və London Hörmüz boğazında “tam müdafiə xarakterli” beynəlxalq təşəbbüs formalaşdırmağa çalışır.
Təşəbbüsün əsas məqsədi strateji əhəmiyyət daşıyan bu su yolunda gəmiçiliyin təhlükəsizliyini və sərbəst hərəkətini təmin etməkdir. Eyni zamanda, layihənin birbaşa münaqişəyə qoşulmadan həyata keçirilməsi nəzərdə tutulur.