Ermənistan Baş naziri Nikol Paşinyan “Güclü Ermənistan” partiyasından baş nazirliyə namizəd, Kremlə yaxınlığı ilə tanınan milyarder Samvel Karapetyanı səsləndirdiyi fikirlərə görə məhkəməyə verəcəyini açıqlayıb.
Modern.az xəbər verir ki, Paşinyan rəqibinin onun “halüsinasiya göbələklər”i yeməsi ilə bağlı açıqlamasını əsassız və qeyri-ciddi adlandırıb.
Baş nazir bildirib ki, bu cür ifadələrə hüquqi müstəvidə cavab veriləcək və məsələ məhkəmə yolu ilə həll olunacaq.
“Əlbəttə, mən onu məhkəməyə verəcəyəm və hüquqi müstəvidə bu tonlarla göbələyi ona məcbur yedizdirəcəm”, – Paşinyan deyib.
Xatırladaq ki, müxalif "Güclü Ermənistan" partiyasının lideri və hazırda ev dustaqlığında olan Samvel Karapetyan bu gün keçirdiyi brifinqdə Paşinyanın halüsinasiya (qarabasma) yaradan göbələklərdən istifadə etdiyini irəli sürüb.