Modern.az

Tramp tibbi müayinədən keçəcək

Tramp tibbi müayinədən keçəcək

Dünya

12 May 2026, 10:48

ABŞ prezidenti Donald Tramp mayın 26-da planlı sağlamlıq yoxlaması üçün tibb mərkəzinə baş çəkəcək.

Modern.az xəbər verir ki, Ağ Evin yaydığı məlumata görə, Donald Tramp mayın 26-da illik stomatoloji və tibbi müayinədən keçmək üçün Uolter Rid adına Tibb Mərkəzinə gedəcək… Bu, profilaktik tədbirlər çərçivəsində prezidentin sağlamlığının rutin qiymətləndirilməsini də əhatə edəcək.

Açıqlamada həmçinin qeyd olunur ki, dövlət başçısı mərkəzin hərbçiləri və əməkdaşları ilə görüşəcək və bu görüş onların “xidmətləri, peşəkarlıqları və xalqa sədaqətlərinin tanınması” məqsədi daşıyır.

Administrasiya səfərlə bağlı əlavə təfərrüatların daha sonra açıqlanacağını bildirib.

Donald Trump son illərdə sağlamlığı ilə bağlı yayılan şayiələri dəfələrlə təkzib edib. ABŞ lideri fiziki və zehni durumunun əla olduğunu bildirir və digər prezidentlərdən daha çox və daha gərgin çalışdığını iddia edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...