Modern.az

ABŞ-nin müharibəyə xərcləri 29 milyard dollara yaxınlaşır

ABŞ-nin müharibəyə xərcləri 29 milyard dollara yaxınlaşır

Dünya

12 May 2026, 22:25

ABŞ-nin İrana qarşı hərbi əməliyyatının xərci artıq 29 milyard dollara yaxınlaşır.

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin maliyyə üzrə müavini vəzifəsini icra edən Culs Herst bildirib.

Aprelin sonunda Müdafiə Nazirliyi İranla müharibənin xərcinin təxminən 25 milyard dollar təşkil etdiyini bildirib. “Biz hesab edirik ki, hazırda bu məbləğ 29 milyard dollara yaxınlaşıb”, - deyə o, ABŞ Konqresinin Nümayəndələr Palatasının Büdcə Təxsisləri Komitəsinin dinləmələrində bildirib.

Herstin qeyd etdiyi kimi, yenilənmiş xərclər məbləğinə avadanlıqların təmiri və dəyişdirilməsi xərcləri, eləcə də regionda şəxsi heyətin saxlanılması üçün əməliyyat xərcləri daxildir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda QARŞIDURMA BAŞLADI - Seçkinin nəticələri açıqlanır