Modern.az

Almaniyada türk baş nazir seçildi

Almaniyada türk baş nazir seçildi

Dünya

Bu gün, 16:40

Almaniyada ilk dəfə türk əsilli siyasətçi federal əyalətin baş naziri seçilib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, “Yaşıllar” Partiyasının üzvü Cem Özdemir Baden-Vürtemberq əyalətinin yeni baş naziri seçilib.

Ştutqart şəhərində keçirilən əyalət parlamentinin iclasında onun namizədliyini 93 deputat dəstəkləyib. 26 deputat əleyhinə səs verib, 4 nəfər isə bitərəf qalıb.

Bununla da Cem Özdemir Almaniya tarixində türk kökənli ilk federal əyalət hökumət başçısı olub.

O, 15 il bu vəzifədə çalışan Vinfried Kreçmani əvəz edib.

Qeyd edək ki, Cem Özdemir Almaniyada “Yaşıllar” Partiyasından seçilən ikinci əyalət baş naziridir. Baden-Vürtemberqdə hakim “yaşıl-qara” koalisiyası (“Yaşıllar” və Xristian Demokrat İttifaqı – CDU) əyalət parlamentində 112 mandata sahibdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?