Modern.az

Netanyahu Trampla danışacaq

Netanyahu Trampla danışacaq

Dünya

17 May 2026, 18:52

İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olacaq.

Modern.az xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

Netanyahu bildirib ki, mayın 17-də reallaşacaq söhbət zamanı həmkarının Çinə etdiyi rəsmi səfərin təəssüratlarını dinləmək niyyətindədir.

Baş nazir, həmçinin regiondakı təhlükəsizlik məsələlərinə, xüsusilə İran faktoruna toxunub. O vurğulayıb ki, İsrail dövləti regional təhdidləri nəzarətdə saxlayır:

"Biz İranı diqqətlə izləyirik. Əlbəttə ki, variantlar çoxdur və biz istənilən ssenariyə tam hazırıq", - deyə Netanyahu əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ