Modern.az

Türkiyədə güclü ZƏLZƏLƏ

Türkiyədə güclü ZƏLZƏLƏ

Dünya

24 May 2026, 10:06

Türkiyənin Adana vilayətində 4.9 bal gücündə zəlzələ olub.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Gecə saat 04:26-da baş verən zəlzələ yerin 8.6 kilometr dərinliyində olub.

Zəlzələdən sonra heç bir hadisə qeydə alınmayıb.

“Adana vilayətinin Saimbeyli rayonunda saat 04:26-da baş verən və Kahramanmaraş, Osmaniye, Kayseri və Niğde vilayətlərində də hiss edilən 4,9 bal gücündə zəlzələdən sonra hazırda heç bir mənfi hal qeydə alınmayıb. Sahədə tədqiqat işləri davam edir”, - AFAD-ın açıqlamasında deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!