Modern.az

Tramp bu dəfə İrandan bunu tələb edir

Tramp bu dəfə İrandan bunu tələb edir

Dünya

3 İyun 2026, 08:59

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı öhdəliklərini yazılı şəkildə təsdiqləməsini istəyir.

Modern.az xəbər verir ki, bu barədə “ABC News” mənbələrə istinadla məlumat yayıb.

Telekanalın məlumatına görə, Vaşinqton və Tehran arasında davam edən danışıqlardakı çıxılmaz vəziyyəti aradan qaldırmaq məqsədilə Tramp ilkin razılaşmanın tərkib hissəsi kimi İranın konkret nüvə güzəştlərini yazılı şəkildə rəsmiləşdirməsini tələb edir.

Bildirilir ki, İran tərəfi indiyədək nüvə proqramı ilə bağlı müəyyən şərtlərə əməl edəcəyinə dair yalnız şifahi təminatlar verib. Lakin ABŞ Prezidenti bu öhdəliklərin kifayət qədər etibarlı olmadığını hesab edir.

ABŞ Dövlət katibi Marko Rubio Senatda keçirilən dinləmələr zamanı İranın nüvə proqramı ilə bağlı güzəştləri müzakirə etməyə hazır olduğunu bildirib. Bununla yanaşı, o vurğulayıb ki, danışıqların aparılması ABŞ-ni qane edəcək yekun razılaşmanın əldə olunacağına zəmanət vermir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi