Modern.az

Oteldə dəhşətli yanğın: 21 ölü, 40 yaralı

Oteldə dəhşətli yanğın: 21 ölü, 40 yaralı

Dünya

3 İyun 2026, 15:55

Hindistanın paytaxtı Yeni Dehlidə yerləşən otellərdən birinin restoranında güclü yanğın baş verib. 

Modern.az xəbər verir ki, bu barədə "NDTV" telekanalı məlumat yayıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası və xilasedicilər cəlb olunub. İlkin məlumatlara görə, hadisə nəticəsində 21 nəfər həyatını itirib, müxtəlif dərəcəli xəsarətlər alan 40 nəfər isə dərhal xəstəxanalara çatdırılıb.

Yanğının başvermə səbəbləri hələlik məlum deyil, faktla bağlı araşdırma aparılır.

 

Töhfə Səməd

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi