Modern.az

Kobaxidze ABŞ-yə "yaşıl işıq" yandırdı 

Kobaxidze ABŞ-yə "yaşıl işıq" yandırdı 

Dünya

Bu gün, 16:08

Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı bərpa etməyə hazır olduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze rəsmi sosial şəbəkə hesabında yazıb.

ABŞ ilə əlaqələrə dair bəyanat yayan hökumət başçısı əvvəlki administrasiyanın ölkəsinə qarşı sərt mövqe nümayiş etdirdiyini vurğulayıb:

"Əvvəlki ABŞ administrasiyası bizdən ən çətin addımları tələb edirdi ki, bunun da ardınca gürcü xalqına və dövlətinə qarşı təzyiq, məcburiyyət, şantaj reallaşdı. Məhz bunun nəticəsidir ki, başımıza minlərlə bəla gəldi. Ədalətsizliyin məhv etdiyi şeylər yalnız ədalətli yanaşmalarla düzəldilə bilər. Biz strateji tərəfdaşlığın bərpası ilə bağlı bütün detalları müzakirə etməyə hazırıq".

Töhfə Səməd

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna KÜTLƏVİ HÜCUMA başladı - Rusiyada bu yerlər vurulur!