Modern.az

Fransa xarici kəşfiyyatı agentlərini geri çağırdı - ŞOK İDDİA 

Fransa xarici kəşfiyyatı agentlərini geri çağırdı - ŞOK İDDİA 

Dünya

4 İyun 2026, 16:16

Fransa xarici kəşfiyyatı Tbilisidən üç əməkdaşını təcili geri çağırıb.

Modern.az xəbər verir ki, bu barədə "Intelligence Online" nəşri məlumat yayıb.

Bildirilir ki, bu ilin may ayında Gürcüstan əks-kəşfiyyatı hakim "Gürcü Arzusu" partiyasının təsisçisi Bidzina İvanişviliyə yaxın bir şəxsin ələ alınması cəhdini ifşa edib. Bu uğursuz addımdan sonra Fransa tərəfi Baş Xarici Təhlükəsizlik Direktorluğunun (DGSE) üç əməkdaşını təcili olaraq ölkədən çıxarmaq məcburiyyətində qalıb.


Töhfə Səməd

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı