Rusiya tərəfi Azərbaycanla əlaqələrin bütün kompleksinin ardıcıl şəkildə inkişaf etdirilməsi mövqeyinə sadiq olduğunu bəyan edib.
Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) çərçivəsində açıqlamasında deyib.
Yüksək rütbəli diplomat Moskva ilə Bakı arasındakı münasibətlərin gələcək perspektivlərinə toxunaraq bildirib:
"Rusiya tərəfinin Azərbaycan Respublikası ilə əlaqələrinin bütün kompleksini ardıcıl şəkildə inkişaf etdirmək barədə prinsipial mövqeyinin dəyişməz qaldığını bir daha təsdiq etmək istərdim. Bu, Rusiya və Azərbaycan xalqlarının köklü mənafelərinə tam cavab verir. Ona görə də biz əlaqələrimizin hazırkı inkişaf tempini azaltmamaq niyyətindəyik".
Töhfə Səməd