Modern.az

Kərkükün rifahı İraqın gələcəyi üçün böyük əhəmiyyət daşıyır - Ərdoğan

Kərkükün rifahı İraqın gələcəyi üçün böyük əhəmiyyət daşıyır - Ərdoğan

Dünya

6 İyun 2026, 22:48

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təxminən yüz il sonra etnik türkmanın İraqın Kərkük vilayətinin rəhbəri vəzifəsinə seçilməsini önəmli hadisə adlandırıb.

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti bunu Kərkük qubernatoru Mehmet Səman Ağanı qəbul edərkən deyib.

Məlumata görə, görüşdə İraqdakı türkmanların vəziyyəti dəyərləndirilib. Ərdoğan Kərkükdə sülh, rifah və əmin-amanlığın davam etməsinin İraqın gələcəyi üçün böyük əhəmiyyət daşıdığını, bu çərçivədə Türkiyənin dəstəyinin davam edəcəyini vurğulayıb.

İraq Türkman Cəbhəsinin (İTC, İraq türkmanların siyasi birliyi) sədri vəzifəsini də icra edən Mehmet Səman Ağa Kərkükə dəstəklərinə görə Ərdoğana minnətdarlığını bildirib.

Qeyd edək ki, Kərkükə təxminən bir əsr sonra türkman qubernator seçilib və prezident tərəfindən təsdiqlənib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən əhaliyə TƏCİLİ ÇAĞIRIŞ - Moskvadan çıxın!