Modern.az

Ermənistanda seçki şoku: Paşinyan kürsüsünü itirə bilər - YENİLƏNİB

Ermənistanda seçki şoku: Paşinyan kürsüsünü itirə bilər - YENİLƏNİB

Dünya

Bu gün, 09:11

Ermənistanda parlament seçkilərində ən son məlumatlara görə, "Vətəndaş Müqaviləsi" Partiyası çoxluğu itirib. 

Modern.az saat 09:00-a olan məlumata görə, ümumi 2005 seçki məntəqəsindən 1963-nün məlumatları rəsmən işlənilib - hakim qüvvə Nazirlər Kabinetini formalaşdırmaq üçün lazım olan 50%-dən az səs toplayır.

"Vətəndaş Müqaviləsi" Partiyası – 49,83%

"Güclü Ermənistan" Bloku – 23,35%

"Ermənistan" Bloku – 9,93%

"Çiçəklənən Ermənistan" Partiyası – 3,98%"

 

***

08:57

 

 Ermənistanda parlament seçkilərində səslərin təxminən 96%-i hesablanıb və nəticələr açıqlanıb.

Modern.az Ermənistanda Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, 1 924 seçki məntəqəsində 1 milyon 394 min 682 bülletenin hesablanmasının nəticələrinə görə siyasi qüvvələrin topladığı səslər belədir:

- "Vətəndaş Müqaviləsi" Partiyası — 50,04% (689 675 səs)

- "Güclü Ermənistan" Bloku — 23,33% (321 597 səs)

- "Ermənistan" Bloku — 9,85% (135 808 səs)

- "Çiçəklənən Ermənistan" Partiyası — 3,98% (54 900 səs)

- "Birliyin Qanadları" Partiyası — 2,28% (31 465 səs)

- "Demokratiya, Qanun və İntizam" Partiyası — 1,81% (24 981 səs)

- Ermənistan Meritokratiya Partiyası — 2,07% (28 590 səs)

- "Hamısına Qarşı" Partiyası — 1,46% (20 064 səs)

- "Yeni Güc" Partiyası — 1,72% (23 696 səs)

Digər siyasi qüvvələrin hər biri 1 faizdən az səs toplayıb.

MSK-nın məlumatına görə, seçkilərdə 1 milyon 476 min 597 seçici iştirak edib ki, bu da səsvermə hüququ olan vətəndaşların 58,97 faizinə bərabərdir.

Qeyd edək ki, "Vətəndaş Müqaviləsi" partiyası 50%-dən az səs toplasa, Baş nazir seçmək hüququ parlamentə keçmiş müxalifət partiyalarının əlinə keçə bilər. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda QARŞIDURMA BAŞLADI - Seçkinin nəticələri açıqlanır