Modern.az

Filippində güclü zəlzələdə 32 nəfər ölüb

Filippində güclü zəlzələdə 32 nəfər ölüb

Dünya

8 İyun 2026, 21:22

Bu gün səhər saatlarında Filippində Mindanao adasının sahillərində güclü yeraltı təkanlar qeydə alınıb.

Modern.az “Associated Press“ə istinadən xəbər verir ki, güclü zəlzələ nəticəsində ən azı 32 nəfər ölüb, 200–dən çox insan yaralanıb.

Avropa seysmoloqlarının məlumatına görə, maqnitudanın gücü 8,1 olub, daha sonra mütəxəssislər onun 7,8 olduğunu dəqiqləşdiriblər.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu sunami təhlükəsi elan edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr