Modern.az

Seçkilərin yekun nəticələri bu tarixdə açıqlanacaq

Seçkilərin yekun nəticələri bu tarixdə açıqlanacaq

Dünya

Bu gün, 10:02

İyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərinin yekun nəticələrinin açıqlanacağı tarix məlum olub.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vaaqn Ovakimyan bəyanat verib.

MSK sədri bildirib ki, səsvermənin yekun nəticələri iyunun 14-də elan olunacaq:

"O vaxta qədər rəsmi olaraq səslərin yenidən sayılması prosesi aparılacaq. Burada müəyyən düzəliş mərhələləri olacaq, daxil olan şikayət və ərizələr qiymətləndiriləcək. Bütün bu prosedurlardan sonra, iyunun 14-də yekun nəticələr ictimaiyyətə açıqlanacaq".

Xatırladaq ki, seçki bülletenlərinin 100 faizinin emal edilməsinin ilkin yekunlarına əsasən, baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası seçicilərin 49,83 faiz səsini toplayaraq qalib gəlib.

İkinci yeri iş adamı Samvel Karapetyanla əlaqəli olan və 23,28 faiz səs toplayan "Güclü Ermənistan" Partiyası tutub. Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku isə 9,93 faiz səs qazanıb.

Töhfə Səməd

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Ermənistana sərt sözlər - Seçkidə SAXTAKARLIQ VAR!