Modern.az

Ərdoğan erməni din adamı ilə nələrdən danışdı...

Ərdoğan erməni din adamı ilə nələrdən danışdı...

Dünya

9 İyun 2026, 13:08

İstanbul Erməni Patriarxlığının rəhbəri Sahak Maşalyan GTürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb.

Modern.az xəbər verir ki, görüş zamanı Türkiyədəki erməni icmasını maraqlandıran məsələlər müzakirə olunub.

Tərəflər həmçinin İskəndərunda yerləşən “Qırx körpə” kilsəsi və Diyarbəkirdəki “Sarkis” kilsəsinin bərpası üzrə görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Arxiyepiskop Sahak Maşalyan erməni icması adından Türkiyə prezidentinə göstərdiyi diqqətə görə təşəkkür edib, ona cansağlığı və fəaliyyətində uğurlar arzulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr