Modern.az

ABŞ BYD-ni hədəfə alıb

ABŞ BYD-ni hədəfə alıb

Dünya

Bu gün, 13:44

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) elektromobil istehsalçısı BYD-ni Çin ordusu ilə əlaqəli şirkətlər siyahısına daxil edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, müvafiq reyestrə həmçinin onlayn ticarət nəhəngi Alibaba və axtarış sistemi Baidu da əlavə olunub.

Alibaba və Baidu "Çin hərbi şirkətləri" ilə əlaqələrinin olması barədə iddiaları rədd ediblər.

Qeyd edək ki, Pentaqon bu siyahını 2021-ci ildən dərc edir. ABŞ Müdafiə Nazirliyinə reyestrə daxil edilmiş brendlərlə əməkdaşlıq etmək qadağandır.

Mütəxəssislərin fikrincə, bu siyahıya daxil edilmək investorlar üçün həmin şirkətlərə qarşı məhdudiyyətlərin gələcəkdə genişləndirilə biləcəyinə dair siqnaldır.

Belə ki, daha əvvəl bu siyahıya daxil edilən Çin elektronika istehsalçısı Xiaomi-nin səhmləri 11 faiz dəyər itirmişdi. Daha sonra isə Xiaomi məhkəmə yolu ilə adının reyestrdən çıxarılmasına nail olmuşdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Ermənistana sərt sözlər - Seçkidə SAXTAKARLIQ VAR!