Modern.az

Rusiyadan Ermənistana qarşı növbəti qadağa

Rusiyadan Ermənistana qarşı növbəti qadağa

Dünya

11 İyun 2026, 17:40

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Ermənistandan gətirilən karantin nəzarətində olan məhsulların idxalına və tranzitinə məhdudiyyət tətbiq edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, qurumun məlumatına görə, iyunun 12-dən etibarən Ermənistandan Rusiyaya bütün karantin nəzarətində olan məhsulların gətirilməsi qadağan edilir.

Məhdudiyyətlər yalnız idxalı deyil, həm də həmin məhsulların Rusiya ərazisi vasitəsilə digər Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə tranzit daşınmasını da əhatə edir.

Rosselxoznadzor qərarın fitosanitar təhlükəsizlik tədbirləri çərçivəsində qəbul edildiyini bildirib. Qadağanın hansı müddətə qüvvədə qalacağı barədə isə məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi