Modern.az

Ermənistan parlamentinin yeni sədri bu gün bilinəcək - Paşinyan

Ermənistan parlamentinin yeni sədri bu gün bilinəcək - Paşinyan

Dünya

Bu gün, 13:15

Ermənistan parlamentinin yeni sədri olmağa namizədin adı bu gün açıqlanacaq.

Modern.az xəbər verir ki, bunu iyunun 25-də keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, bu gün hakim “Vətəndaş müqaviləsi” Partiyasının iclası keçiriləcək və orada qapalı gizli səsvermə yolu ilə namizədlərdən biri seçiləcək.

“Hazırda adları hallandırılan üç namizəddən biri seçiləcək və bundan sonra həmin şəxsin adını açıqlayacağıq. Namizədləri dinləyəcəyik və qərar qəbul edəcəyik. Həm mən, həm də həmkarlarım seçimimizi gizli səsvermə yolu ilə edəcəyik”, – deyə Paşinyan bildirib.


Parlamentin sədrliyi uğrunda üç namizəd irəli sürülüb: hazırkı parlament sədri Alen Simonyan, parlament sədrinin müavini Ruben Rubinyan və hakim fraksiyanın rəhbəri Hayk Konjoryan.

Paşinyan bu posta kimi dəstəklədiyini açıqlamayıb. 

Paşinyan deyib ki, hökumət üzvlərinin, baş nazir müavinlərinin və nazirlərin tərkibində dəyişiklik etməyə ehtiyac görmür və və belə bir planı yoxdur.

“Mən hökumət üzvlərinin, baş nazir müavinlərinin və nazirlərin tərkibində dəyişiklik etməyə ehtiyac görmürəm və bunu planlaşdırmıram. Düşünürəm ki, müəyyən dəyişikliklər icra hakimiyyətinin digər səviyyələrində baş verəcək”, – deyə Paşinyan bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!