Modern.az

Venesuelada zəlzələdə ölənlərin sayı 188-ə çatıb

Venesuelada zəlzələdə ölənlərin sayı 188-ə çatıb

Dünya

25 İyun 2026, 23:43

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı artaraq 188 nəfərə çatıb, daha 1 520 nəfər yaralanıb.

Modern.az Venesuela mediasına istinadən xəbər verir ki, bu barədə Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodriges bildirib.

Onun sözlərinə görə, təxminən 157 nəfər itkin düşmüş hesab olunur, 200-dən çox insan 250-yə yaxın binanın dağıntıları altındadır.

"3000-ə yaxın ailə zəlzələnin fəsadlarından zərər çəkib", - Rodriges əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!