Almaniyada iqtisadi böhran dərinləşir.
Modern.az "EY" (Ernst & Young) konsaltinq şirkətinin yeni araşdırmasına əsasən xəbər verir ki, 2019-cu ildən bəri Almaniya Federativ Respublikası sənayesi 341.5 min iş yeri itirib. 2026-cı ilin birinci rübünün sonuna olan məlumata görə, sahədə 5.3 milyon insan çalışıb ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə 127 min nəfər azdır.
Ən çox zərər çəkən sahə avtomobil sənayesi olub: 2019-cu ildən bəri burada təxminən 126 min iş yeri ləğv edilib ki, bunun da 32 minə yaxını təkcə son bir ilin payına düşür. Maşınqayırma sektorunda isə eyni dövr ərzində iş yerlərinin sayı 86 mindən çox azalıb (son bir ildə təxminən 22 min ixtisar daxil olmaqla).
Bununla belə, cari ilin birinci rübündə sənaye sektoru son iki yarım ildə ilk dəfə olaraq gəlirlərin artımını nümayiş etdirib. Sektorun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.7% artaraq 531.5 milyard avroya çatıb.