İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei ilə vida mərasimi başlayıb.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, onun cənzasəi vida mərasiminnin keçirildiyi yerə gətirilib.
Bildirilib ki, Ayətullah Əli Xameneinin cənazəsi ilə yanaşı, eyni hücumda həlak olan qızı, kürəkəni, nəvəsi və oğlu Müctəba Xameneinin həyat yoldaşının tabutları da vida mərasimləri zamanı birlikdə aparılacaq.
SEPAH-ın komandanı, general Əhməd Vahidi də dəfn mərasimində iştirak edir. O, müharibə başlayandan bəri ilk dəfədir ki, ictimaiyyət qarşısına çıxır.
Əli Xamenei ilə vida mərasimi bu gün və sabah Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.
Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.
Xatırladaq ki, İranın Ali Rəhbəri fevralın 28-də ABŞ-İstail koalisiyasının Tehrana hava zərbəsi zamanı həyatını itirmişdi.





