Modern.az

Aİ-nin hərbi xərcləri 200 milyardı ötəcək

Aİ-nin hərbi xərcləri 200 milyardı ötəcək

Dünya

Bu gün, 16:17

Avropa İttifaqının (Aİ) 2028–2034-cü illəri əhatə edəcək yeddiillik büdcəsində müdafiə sahəsinə ayrılacaq vəsait 200 milyard avronu ötəcək.

Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen Ankarada keçirilən NATO sammiti çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Forumunda çıxışı zamanı bildirib.

"Aİ-nin yeni çoxillik büdcəsində hərbi imkanların gücləndirilməsi üçün 131 milyard avro, hərbi mobilliyin artırılması məqsədilə isə 71 milyard avro ayrılması nəzərdə tutulur. Hərbi mobillik istiqamətində ayrılacaq vəsait Avropa ərazisində hərbi yüklərin və ağır hərbi texnikanın operativ daşınmasını təmin etmək üçün yolların, körpülərin və tunellərin modernləşdirilməsinə sərf olunacaq".

Avropa Komissiyasının Prezidenti, həmçinin Aİ-nin üzv dövlətlərin müdafiə xərclərini dəstəkləmək məqsədilə həyata keçirdiyi proqramları xatırladıb:

"Həmin təşəbbüslər 2030-cu ilədək Avropa İttifaqı üzrə müdafiə ehtiyacları üçün ümumilikdə 950 milyard avroya qədər vəsaitin səfərbər edilməsinə imkan yarada bilər".

Qeyd edək ki, 2028–2034-cü illəri əhatə edən yeddiillik büdcə Avropa İttifaqı tarixində müdafiə sahəsinə bu qədər böyük həcmdə maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutan ilk büdcə olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV