Modern.az

Avropa liderləri Kiyevdə: Aİ-yə üzvlük müzakirə olunacaq

Avropa liderləri Kiyevdə: Aİ-yə üzvlük müzakirə olunacaq

Dünya

Bu gün, 10:52

Avropa Komissiyasının sədri Ursula fon der Layen Ukraynaya səfər edib.

Modern.az "Euronews"a istinadən xəbər verir ki, o, Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşərək Avropa İttifaqı (Aİ) ilə Ukrayna arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə də pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üzrə birgə layihələri müzakirə edəcək.

Ursula Fon der Layen müharibə başlayandan bəri Ukraynaya on birinci dəfə səfər etdiyini bildirib: “Bu xüsusi bir məqamdır. Ukrayna hərbi potensialının gücləndirilməsində əhəmiyyətli irəliləyiş əldə edə bilib. Təşəbbüs tədricən onun tərəfinə keçir. Müdafiə sənayemizin inteqrasiyasına yönəlmiş yeni təşəbbüslər elan edəcəyəm. Bu, bizə daha çox silah istehsal etməyə imkan verəcək. Ukraynanın Aİ-yə daxil olması və qarşıdakı qışa hazırlıq prosesini də müzakirə edəcəyik”.

Ursula fon der Layen, həmçinin Ukrayna-Cənub-Şərqi Avropa Sammitinin beşinci iclasında iştirak edəcək. Sammitə Xorvatiya, Moldova, Rumıniya və digər ölkələrin liderləri də qatılacaqlar.

Səfər çərçivəsində Volodimir Zelenskinin Ursula fon der Layeni yeni təsis edilmiş "Avropa" ordeni ilə təltif edəcəyi də gözlənilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya HƏDƏ-QORXU - Biz deyənlər olacaq!