Modern.az

Türkiyə Qara dəniz üçün hərəkətə keçdi: Fidan yeni planı açıqladı

Türkiyə Qara dəniz üçün hərəkətə keçdi: Fidan yeni planı açıqladı

Dünya

Bu gün, 15:14

Rusiya-Ukrayna müharibəsinin Qara dənizə yayılmasını istəmirik.

Modern.az xəbər verir ki, bunu Hakan Fidan Kiyevdə Ukraynanın xarici işlər naziri Andrii Sıbixa ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Fidan bildirib ki, müharibənin ilk günlərindən diqqət çəkilən münaqişənin yayılması riski hələ də ciddi təhdid olaraq qalır. Onun sözlərinə görə, gərginliyin müxtəlif formalarda artdığı müşahidə olunur:

"Qara dənizdə sabitliyin qorunmasının vacibdir. Limanların, tankerlərin və balıqçı qayıqlarının hədəfə alınması, mülki şəxslərin həyatının riskə atılması bəraət qazandırıla biləcək məsələ deyil. Bütün tərəfləri bu məsələdə təmkinli və məsuliyyətli davranmağa dəvət edirik".

Fidan Rusiya-Ukrayna müharibəsində yaranmış dalandan çıxmaq üçün yeni strateji yanaşmalar üzərində çalışdıqlarını da açıqlayıb:

"Yeni ideyalar var və bu təkliflər tərəflər və vasitəçilərlə aparılan görüşlər zamanı müzakirə olunur. Türkiyənin vasitəçiliyi ilə keçirilən İstanbul danışıqlarının davam etdirilməsi vacibdir. Xüsusilə ötən il artıq görünən hala gələn İstanbul görüşləri ilə aparılan Türkiyə danışıqlarının eyni şəkildə davam etməsinin çox faydalı olacağına inanıram. İstanbul formatında müxtəlif sahələr üzrə səlahiyyətli şəxslərin bir araya gəlməsi həm tərəflərin öz daxilində, həm də bir-biri arasında şəffaflığın təmin olunmasına imkan yaradıb. Eyni tipli görüşlərin fasiləsiz davam etməsi vacibdir. Müharibənin davam etməsi bu formatda danışıqların davam etməyəcəyi anlamına gəlmir”.

Hakan Fidan Rusiya ilə Ukrayna arasında mümkün sülh sazişinin əsas elementlərindən birinin Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi olduğunu bildirib:

"Bu zəmanətlər quru, dəniz və hava komponentlərini əhatə edə bilər. Türkiyə dəniz komponentinə liderlik etməyi qəbul edib. Bu məsələ ilə bağlı müttəfiqlərimizlə də anlaşma içindəyik. Bununla bağlı planlaşdırma işləri müvafiq müttəfiq ölkələrin hərbi dəniz qüvvələri tərəfindən də aparılır”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq ayağa qalxdı - Putin təcili təyyarə göndərdi