Modern.az

Serbiyada fövqəladə vəziyyət elan edildi

Serbiyada fövqəladə vəziyyət elan edildi

Dünya

Bu gün, 00:15

Serbiyanın Voyevodina Muxtar Bölgəsində Dunay çayında suyun səviyyəsinin kəskin azalması səbəbindən üç şimal bələdiyyəsində fövqəladə vəziyyət elan edilib.

Modern.az xəbər verir ki, regional hökumətin qərarına əsasən, Sombor, Kula və Vrbas bələdiyyələrində xüsusi rejim tətbiq olunub.

Rəsmilər bildiriblər ki, Dunay çayında tarixi minimum qeydə alınıb və suyun səviyyəsi standart göstəricidən 127 santimetr aşağı düşüb.

Qeyd olunur ki, kritik vəziyyət Dunay–Tisza–Dunay hidrosisteminin fəaliyyətinə ciddi təsir göstərir. Xüsusilə suvarma sistemlərinin işləməsində çətinliklər yaranıb ki, bu da suvarılan əkin sahələri və digər su istifadəçiləri üçün ciddi problemlər yaradır.

Səlahiyyətli qurumlar vəziyyəti nəzarətdə saxladıqlarını və yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlərin görüldüyünü bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin Krımı Donbasla əvəzləyəcək - Rusiyayla bağlı DƏHŞƏTLİ İDDİA