Modern.az

Yüksək vəzifəli məmur həbs olundu

Yüksək vəzifəli məmur həbs olundu

Dünya

Bu gün, 15:54

Rusiyanın Sənaye və Ticarət Nazirliyinin pilotsuz sistemlər və robototexnika idarəsinin rəis müavini Alla Polovçenya xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilib.

Modern.az xəbər verir ki, bu barədə Moskvanın Meşanski Rayon Məhkəməsinin məlumatında bildirilir.

Məhkəmə iyulun 29-da Alla Polovçenya barəsində həbs qətimkan tədbiri seçib. O, Rusiya Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda mənimsəmə ilə bağlı 160-cı maddəsinin 4-cü hissəsi ilə ittiham olunur.

Rusiya Sənaye və Ticarət Nazirliyi də TASS-a açıqlamasında Polovçenyanın iyulun 29-da saxlanıldığını təsdiqləyib.

RBK nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, cinayət işi "Gələcəyin Nəqliyyatı" layihəsi çərçivəsində pilotsuz aviasiya sistemlərinin yaradılması proqramı ilə əlaqədardır.

Məlumata əsasən, iş üzrə "Efko" şirkətlər qrupunun top-menecerləri Yekaterina Kustova və Vladislav Romantsev də saxlanılıblar. Onlar xüsusilə külli miqdarda dələduzluqda ittiham edilirlər.

Cinayət işinin istintaqını Rusiya Daxili İşlər Nazirliyinin İstintaq Departamenti aparır.

 

Sizə yeni x var
Keçid et
Hikmət Hacıyev Tural Sadıqlıdan sonra onu da susdurdu - Gündəm Masada