Modern.az

Londonda bıçaqla hücum: xəsarət alanlar var 

Londonda bıçaqla hücum: xəsarət alanlar var 

Dünya

Bu gün, 19:41

Londonun mərkəzində, Kovent-Qarden yaxınlığında bıçaqlı hücum baş verib, nəticədə dörd nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, hadisə Endell küçəsində qeydə alınıb. London Təcili Tibbi Yardım Xidmətinin açıqlamasında deyilir ki, hadisə yerində dörd nəfərə ilkin tibbi yardım göstərilib və onların hamısı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

İnsidentin səbəbləri araşdırılır. Yaralıların vəziyyəti barədə hələlik əlavə məlumat açıqlanmayıb.

Hadisə ilə bağlı bir qadın saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezident köməkçisindən SƏRT AÇIQLAMA: Buna imkan verməyəcəyik!